Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Şəhid ailələrinə orden və medallar təqdim edilib - FOTOLAR

 

Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib -    FOTO
Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində bir qrup şəhid ailəsinin üzvü iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şücaət göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.
Yenixeber.org: Orden və medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib. Tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, Azərbaycanımızın bütövlüyü və müdafiəsi uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar olub.



Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Müharibə iştirakçılarının təltif edilməsi Vətənpərvər insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.



Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş bir qrup şəhidin ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.



Şəhid valideynlərindən Habil Məmmədov, İlham Abdullazadə və Aytən Eyvazova dövlətimizə minnətdarlıq edərək müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam