Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri -Vətən müharibəsindən geri qayıdıb

 

Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.

Yenixeber.org: Şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam