Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın “Vaqner” muzdluları bu ölkəyə gedəcək-Fransa narahatdır

Rusiya Afrikanın qərbində yerləşən Mali hökuməti ilə “Vaqner” adlı özəl hərbi şirkətə məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətindədir.

Yenixeber.org: Bu barədə yeddi diplomatik və təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb. 

Agentlik qeyd edir ki, yeni imzalanan müqavilə Qərbi Afrikanın təhlükəsizliyinə Rusiyanın təsirini artıracaq və Fransanın müqavimətinə səbəb olacaq. 

Mənbələr “Vaqner”in Fransanın keçmiş koloniyasında fəaliyyət göstərməsinə imkan verən müqavilənin qüvvəyə minməsinə maneə törətmək üçün Parisdə diplomatik fəaliyyətə başladığını bildirir.

Agentlik Mali ordusuna təlim keçmək və yüksək vəzifəli şəxsləri qorumaq üçün ölkəyə ən azı 1000 muzdlunun göndəriləcəyini qeyd edib.

“Vaqner” Rusiyanın Sankt-Peterburq şəhərindən olan və Rusiya hökumətinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir.(“Reuters”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam