Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şok iddia: An-72 qəzası:“Putinin aşpazı” öldü - VİDEO

Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü

10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin ola bilər.

Yenixeber.org: Bu məlumatı “Readovka” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Priqojinin təyyarə qəzasından sonra itkin düşdüyünü bildirib.

“Znak.com” saytı Priqojinin rəsmi nümayəndələrinin hələlik heç bir məlumat vermədiklərini bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə məlumatı təsdiqləyib. Bununla belə sayt Priqojinə yaxın şəxslərin biznesmendən bir neçə gündür heç bir məlumat almadıqlarını, amma yayılan xəbərlərə inanmaq istəmədiklərini deyib.

Qeyd edək ki, An-72 Konqo Prezidenti Feliks Çisedekinin avtomobilini daşıyıb.

Rusiyanın bu ölkədəki səfirliyi rəsmi Feysbuk səhifəsində Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisinin - Vladimir Sadovniçi və Vitali Şumkovun Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri kimi tanınır. O, Suriya, Donbas, Afrika respublikaları üçün muzdlu rus hərbçilərinin təminatını həyata keçirib. Bəzi mənbələr məhz onun şirkətinin əslən azərbaycanlı olan jurnalist Orxan Camalı öldürdüyünü iddia edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam