Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Prezident və birinci xanım “Bakutel-2017” sərgisində

 

Prezident və birinci xanım “Bakutel-2017” sərgisində

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.

Azərbaycan Prezidentİlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular.

“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam