Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zelenski Vaşinqtondadır-Cozef Baydenlə görüşəcək

                    Ukrayna Prezidentinin ABŞ-a işgüzar səfəri başlayıb

Yenixeber.org: Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfər edib. Zelenski sentyabrın 1-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

 

“Ukrayna Prezidenti və birinci xanım Yelena Zelenskaya Prezident Cozef Baydenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gəliblər. Səfərin gündəliyinə liderlərin təkbətək və nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri daxildir”, - deyə məlumatda qeyd edilir.

 

Ukrayna Prezidentinin ofisindən qeyd edilib ki, Zelenskinin ABŞ məmurları ilə bir sıra mühüm görüşləri də nəzərdə tutulur: “Ukrayna və ABŞ nümayəndələri bir sıra sənədlər imzalayacaqlar”.

 

Səfər proqramı bir neçə günü əhatə edir və Ukrayna Prezidenti bu müddətdə ABŞ-ın Şərq və Qərb sahillərindəki şəhərlərə gedəcək, Kaliforniyada Amerika biznesmenləri ilə görüşəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam