Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Kabil aeroportunda xaos: ABŞ hərbçiləri bir neçə əfqanı güllələyib-VİDEO

Kabil aeroportunda xaos: ABŞ hərbçiləri bir neçə əfqanı güllələyib- VİDEO
Əfqanıstandanda vəziyyət gərgin olaraq qalır.
Yenixeber.org: Səhər saatlarında Kabil hava limanında atışma səsləri eşidilib.
Rusiya mediasının yaydığı məlumata görə, ABŞ hərbçilərinin açdığı atəş nəticəsində bir neçə əfqan həlak olub. İlkin ehtimala görə, onlar xeyli sayda insanın uçuş zolağına doğru qaçmasından sonra havaya xəbərdarlıq atəşi açıblar. Daha sonra isə insident nəticəsində bir neçə nəfər güllələnib.

"ABŞ ordusunun Kabil hava limanında əfqanlara xəbərdarlıq atəşi açmasından sonra bir neçə nəfər ölüb. "France Presse" agentliyinin yaydığı məlumata görə, bu, kütlənin uçuş zolağına çıxaraq burada qarışıqlıq yaratması zamanı baş verib",-məqalədə bildirilir.

"Əl-Cəzirə" telekanalı isə Kabil hava limanında inanılmaz bir xaosun hökm sürdüyünü bildirib : "Taliban"dan qorxan yerli sakinlər diplomatik missiyaların da toplaşdığı yeganə hava limanının girişinə yığılıb. Onları helikopterlərlə ərazidən çıxarırlar".



Qeyd edək ki, bir neçə aydır "Taliban" silahlıları ilə hökumət qüvvələri arasında gedən döyüşlər dünən yekunlaşıb. Yaraqlılar axşam saatlarında Kabili ələ keçirdikdən sonra ölkəyə tam şəkildə nəzarət etdiklərini bəyan ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam