Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Gürcüstana 30 milyon dollarlıq -"Javelin" raketləri tədarük edəcək

ABŞ Gürcüstana 30 milyon dollarlıq Javelin raketləri tədarük edəcək

Amerika Birləşmiş Ştatları Gürcüstana ümumilikdə 30 milyon ABŞ dolları məbləğində tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemlərini tədarük edəcək.

Yenixeber.org: Bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Dövlət Departamenti müqavilənin ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi ilə ziddiyyət təşkil etdiyini tanımır.

"Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, həmçinin ölkənin tank əleyhinə potensialını artıraraq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək", - agentlik bildirib.

“Javelin” “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb. “Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətində istifadəyə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam