Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Əfqanıstanda hərbi missiyada iştirak etməyəcək-AÇIQLAMA

“Türkiyə hərbi qüvvələri Əfqanıstanda qalacağı təqdirdə hərbi missiyada iştirak etməyəcək və yalnız özünümüdafiə məqsədilə güc tətbiq edəcək”.

Yenixeber.org: Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Kara bu gün Ankarada keçirilən brifinq zamanı deyib.

P. Kara xatırladıb ki, türkiyəli hərbçilər artıq 20 ildir ki, Əfqanıstandadır və son 6 ildir ki, Kabildə Həmid Qərzai adına beynəlxalq hava limanının mühafizəsi və idarə olunması ilə məşğul olurlar.

O, həmçinin vurğulayıb ki, Türkiyə hökuməti NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra da Kabil hava limanının idarə olunması ilə bağlı missiyanı davam etdirməyə hazırlığını elan edib.

“ABŞ və digər ölkələrin bu məsələyə töhfəsi ilə bağlı texniki xarakterli danışıqlar davam edir. Sözügedən bu məsələ ilə bağlı istənilən razılıq yalnız bütün şərtlərə riayət edilməsi halında mümkündür. Bu səbəbdən də, indiki mərhələdə hər hansı daha dolğun məlumatın verilməsi yersizdir. Hələ ki qərar verilməyib, dialoq davam edir”, - deyə Kara əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam