Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİM əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

 

DİM əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Yenixeber.org: Müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 22 iyul tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il sentyabrın 1-i saat 06:00-dək uzadıldığı deyilir.

Bildirilir ki, bu müddət ərzində Xidmətin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı- https://www.migration.gov.az/az/news_detail/14374 ).

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (avqustun 7 və 8-də, 14 və 15-də, 21 və 22-də, 28 və 29-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər qurumun rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam