Ağcabədi və Bərdənin suyla təminatına 1,4 milyon manat ayrılıb -SİYAHI
Prezident İlham Əliyev Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yenixeber.org: Sərəncamla Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Siyahı
Sıra №-si |
Rayonun adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
1. |
Ağcabədi |
10 |
Göyük kəndi (2 quyu) |
931 |
Hindarx qəsəbəsi |
9721 |
|||
Xocavənd kəndi |
3778 |
|||
İmamqulubəyli kəndi |
1240 |
|||
Salmanbəyli kəndi |
2692 |
|||
Şahmalılar kəndi |
328 |
|||
Şərəfxanlı kəndi |
957 |
|||
Yuxarı Qiyaməddinli kəndi (2 quyu) |
3555 |
|||
Bərdə |
10 |
Bala Qacar kəndi |
904 |
|
Birinci Qaradəmirçi kəndi |
2218 |
|||
Əmirli kəndi |
2048 |
|||
Hacallı kəndi |
1740 |
|||
Xanərəb kəndi |
2266 |
|||
Xanxanımlı kəndi |
407 |
|||
İkinci Nazırlı kəndi |
824 |
|||
Körpüsındıran kəndi |
722 |
|||
Kürdborakı kəndi |
721 |
|||
Mehdixanlı kəndi |
2009 |
|||
Cəmi: |
20 |
18 |
37 061 |