Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İlahiyyat İnstitutu Heydər Əliyev təqaüdü təsis edib

    

İlahiyyat İnstitutu Heydər Əliyev təqaüdü təsis edib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.
Yenixeber.org: İnstitutdan verilən məlumata görə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra,ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlandı. Bu zəngin ənənənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. 

Ümummilli liderHeydər Əliyev,həmçinin elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin edib. İstedadlı azərbaycanlı gənclərin müxtəlif xarici ölkələrin tanınmış və nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün səmərəli və məqsədyönlü fəaliyyət göstərib. Bu siyasəti müasir dövrümüzdə ulu öndərin layiqli varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır. 

Azərbaycan xalqının ümummilli liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, həmçinin bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub. 

Bütün bunları nəzərə alaraq, Aİİ Elmi Şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib. 

Bildirilib ki, həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam