Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bakı, siyasi konyuktura naminə dostları unutmur”

 

“Azərbaycanda dövlət xadimləri yüksək postu tərk etdikdən sonra belə onlara olan ehtiramı saxlamaq ənənəsi var. Bu, təkcə özününkülərə deyil, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə öz töhfəsini vermiş xarici siyasətçilərə da aiddir”.

"Xeberinfo.com":  Azərbaycanlı politoloq, parlamentin deputatı Rasim Musabəyov Bakıda keçirilən III Qlobal Forumda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin iştirakına rusiyalı KİV-in reaksiyasını şərh edərkən bildirib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti öz ölkəsində axtarışdadır.
“Saakaşvili komandası Gürcüstanda hakimiyyətə gələndə rəsmi Bakı hörmətcil münasibətini saxladı və eks-prezident Eduard Şevardnadze ilə əlaqələrdən qaçmadı. İndi niyə daim Azərbaycanla müttəfiq münasibətlərə tərəfdar olan Saakaşvilidən üz çevirmək lazımdır?”, – R.Musabəyov vurğulayıb.
Məhz onun prezidentliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanılıb.
“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini qəbul etməklə Bakı nümayiş etdirir ki, siyasi konyuktura naminə dostları unutmur, onlardan üz çevirmir. Bu, təkcə istefada olanlar üçün yox, həm də fəaliyyət göstərən xarici siyasətçilər üçün yaxşı əlamətdir”, – R.Musabəyov vurğulayıb.

 

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam