Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mişustin Paşinyanla bölgədə nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib-YENİLƏNDİ

 

Rusiyanın Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşüb.

Yenixeber.org: “İnterfaks” bildirir ki, Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistan hökumətinin başçısı Nikol Paşinyana Rusiya Prezidenti Vladimir Putinin salamını çatdırıb.

Mişustin vurğulayıb ki, Rusiya Ermənistanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu münasibətlər uzun illərə əsaslanan müttəfiqlik və strateji xarakter daşıyır.

Rusiya hökumətinin başçısı qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdikləri bəyanat birgə iş üçün böyük imkanlar yaradıb.

“Bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar regionun davamlı inkişafına şərait yaradacaq”, - deyə o qeyd edib.

**15:05

Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yenidən Rusiyaya gedəcək.

 Yerli KİV-lər bildirir ki, məlumatı Paşinyanın mətbuat xidməti yayıb.

Məlumata görə, səfər 29-30 apreldə baş tutacaq. Paşinyan Kazana səfər edəcək və Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılacaq. Səfər zamanı onun “İnnopolis” innovasiya şəhərciyinə baş çəkəcəyi də bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam