Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş nazir koronavirusa yoluxub-GƏLİŞMƏ

 Mixail Mişustin Vladimir Putinlə video danışıq zamanı COVID-19 yoluxduğunu söyləyib

Yenixeber.org: NTV telekanalı xəbər verir ki, Rusiya Federasiyası hökumətinin başçısı koronvirusa yoluxduğunu bəyan edib:

“Sadəcə məlum oldu ki, koronavirus üçün keçirdiyim testlər müsbət nəticə verdi”.

Mişustin qeyd edib ki, hökumət hər zaman olduğu kimi işini davam etdirəcək və həmkarları və prezidentlə telefon və video vasitəsilə aktiv əlaqə saxlayacaq. Baş nazir deyib ki, bundan sonra birinci müavini Andrey Belousovun müvəqqəti olaraq hökumət başçısı vəzifəsini icra edəcəyini də söyləyib.

Bundan dərhal sonra Prezident Vladimir Putin Belousovu Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin edib. Dövlət başçısı Mişustinin bundan sonra da hökumətin işində iştirak edəcəyinə ümidvar olduğunu bildirib:

“Əlbəttə ki, burada təəccüblü heç nə yoxdur. Ancaq sizə demək istəyirəm ki, eyni yaxşı iş formasında qalacaqsınız və danışdığımız qərarların hazırlanmasında yaxından iştirak edəcəksiniz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam