Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

AzTV-də yubiley filmi -Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq

AzTV-də yubiley filmi:    Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq
Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb.
Yenixeber.org: AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb. Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib.



Filmdə nadir kadrlar da yer alıb. Belə ki, Ulu Önədər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış liseyin 1973-cü ildəki ilk buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunacaq.

Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunacaq.

“Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.

Sənədli film bu gün - aprelin 24-ü saat 18:30-da AzTV-də yayımlanacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam