Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Gürcüstanın -Marneuli hərbi aerodromunun bərpasına başlayıb

Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunun bərpasına başlayıb

Türkiyə Gürcüstanın Marneuli hərbi aerodromunu yeni texniki avadanlıqlarla təchiz edib.

Yenixeber.org: Mikroavtobus, yükqaldırıcı və maşınyuma avadanlığı Gürcüstanın Müdafiə Nazirliyinə təqdim olunub.

Təchizat iki ölkə arasında hərbi maliyyə əməkdaşlığı haqqında saziş çərçivəsində həyata keçirilib.

Bu gün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslərin iştirakı ilə avadanlıqların təhvil-təslimi ilə bağlı sənəd imzalanıb.

Qeyd edək ki, Marneuli aerodromu 2008-ci ilin avqust müharibəsində Rusiya aviasiyası tərəfindən bombardman edilib. Hərbi obyektin bərpası üçün Türkiyə ötən ilin oktyabrında Gürcüstana təxminən 14 milyon ABŞ dolları vəsait ayırıb. Qrant layihəsi çərçivəsində Gürcüstan Türkiyə istehsalı olan avadanlıqlar alacaq. Razılaşmaya əsasən, vəsait həmçinin aerodromun modernləşdirilməsi üçün də sərf olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam