Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu prezident ailəsinin illik gəlirləri belədir-AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları olub.
Yenixeber.org: Bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında qeyd olunub.

Məlumata əsasən, paytaxt Kiyev yaxınlığındakı İvankoviçi kəndindəki əmlak və torpaq satışından Zelenski ailəsi 13 470 600 qrivna (təxminən 485 000 ABŞ dollar) əldə edib. 2020-ci ildə Ukrayna Prezidentinin maaşı 336 000 qrivna (12 000 ABŞ dolları) təşkil edib.

Bundan əlavə, Zelenski 4 633 832 qrivna (165 000 ABŞ dolları) məbləğində qonorar (müəllif hüquqları üzrə - Red) alıb.

Zelenski ailəsinin 2020-ci ildə Ukrayna ərazisindəki əmlak icarəsindən qazancı 2 673 730 qrivna (95 000 ABŞ dolları) olub. Həmçinin prezidentin ailəsi depozitlər və daxili dövlət istiqrazları üzrə yığılan faizlər hesabına 442 109 qrivna (15 000 ABŞ dolları) məbləğində vəsait qazanıb.

Eyni zamanda, Ukrayna Prezidenti çox sayda ticarət markasının sahibi olmaqda davam edir. Onun 2020-ci ildə Ukraynada 13, xaricdə iki ticarət markası qeydə alınıb.

Məlumatda qeyd olunub ki, 2020-ci il ərzində Zelenski ailəsi büdcəyə 65 min ABŞ dolları məbləğində vergi ödəyib. Zelenskinin əvvəlki bəyannaməsinə əsasən, 2019-cu ildə onun ailəsinin gəliri, daşınmaz əmlak satışından və icarəsindən əldə olunan gəlirlər də daxil olmaqla, 1,059 milyon ABŞ dolları olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam