Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan və Ukrayna prezidentləri -telefonla danışdı

Azərbaycan və Ukrayna prezidentləri telefonla danışdı
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub .
Yenixeber.org: Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Zelenski 21 may 2020-ci ildə Azərbaycandan Kiyevə gətirilmiş ümumi çəkisi 23 tondan çox olan tibbi material və avadanlıqlardan ibarət humanitar yardıma görə təşəkkür edib.

"Azərbaycan xalqının bu cür dostluq jesti COVİD-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir", - Zelenski deyib.

Tərəflər arasında koronavirus pandemiyası və onun nəticələrinin aradan qaldırılması istiqamətində səylərin daha da əlaqələndirilməsi barədə razılıq əldə olunub.

Söhbət zamanı Ukraynada Azərbaycan investorlarının iştirakı ilə həyata keçirilən bir sıra irimiqyaslı layihələrin icrası müzakirə edilib.

Vladimir Zelenski Ukraynada və Azərbaycanda karantin rejiminin başa çatması ilə ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın ənənəvi olaraq yüksək dinamikasının bərpa olunacağına əminliyini ifadə edib. O, həmçinin GUAM təşkilatında işə daha çox diqqət yetirməyi də təklif edib.

“GUAM mühüm ticarət və iqtisadi məsələlərin müzakirəsi üçün ciddi bir ittifaq və birlik ola bilər. Bu təşkilata yeni həyat verməliyik", - deyə Ukrayna Prezidenti vurğulayıb.

Söhbətin sonunda Vladimir Zelenski bütün müsəlmanlar üçün müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan Prezidentinə səmimi təbriklərini, Milli bayram - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam