Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Son zəng” tədbirləri mayın 29-da və 30-da qeyd olunacaq

 

“Bu il Azərbaycanın orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri mayın 29-da və 30-da qeyd olunacaq”. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Modern.az saytının soğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır:
“Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən bu tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq. Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u yalnız ümumtəhsil məktəblərində təşkil ediləcək”.
Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, müvafiq qərar verib. Həmin qərara əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil 1 fevral – 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili , 5 gün qış tətili və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyən ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam