Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan İnvestisiya Holdinqinə -“AzerGold”la bağlı səlahiyyətlər verilib

Prezident İlham Əliyev “AzerGold” QSC-nin yaradılması haqqında 11 fevral 2015-ci il tarixli sərəncamına dəyişiklik edib.

Yenixeber.org: Dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, bundan sonra Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti Nazirlər Kabinetindən alınaraq Azərbaycan İnvestisiya Holdinqinə verilib.

Bundan başqa, holdinq “AzerGold”un illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5%-ni faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi kimi səlahiyyətlərə malik olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam