Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Navalnıya görə -Rusiyaya qarşı sanksiyalar hazırlayır

ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır

ABŞ-ın həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından olan bir qrup senator Konqresə Aleksey Navalnının həbsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi təqdim edib.

Yenixeber.org: Müvafiq məlumat Florida ştatının Respublikaçılar Partiyasından senatoru Marko Rubionun saytında dərc edilib.

“Senatorlar beynəlxalq hüquq pozuntusu, həmçinin Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsində əli olan rusiyalı məmurlara qarşı məqsədyönlü sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təkrarən təqdim ediblər”, - məlumatda bildirilib.

Söhbət senatorların ötən ilin sentyabrında Rusiya hakimiyyətinə qarşı tətbiqini təklif etdiyi sanksiya layihəsindən gedir.

Qanun layihəsindəki mümkün sanksiyalara aktivlərin dondurulması və viza verilməsindən imtina daxildir.

Sənəddə ABŞ administrasiyasının Rusiya rəhbərliyinin kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlxalq müqavilələri pozub-pozmadığını müəyyənləşdirməli olduğu vurğulanıb.

Xatırladaq ki, ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiqinə dair qanun layihəsini təqdim edəcəyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam