Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rus hakerlər -Trampın impiçmentinə səbəb olan şirkətin saytını ələ keçirdilər

Rus hakerlər Ukraynanın “Burisma” şirkətinin serverlərini sındırararaq onun internet səhifəsini ələ keçiriblər.

Yenixeber.org: Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, “Burisma” şirkətində vaxtilə keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Bayden də çalışıb. Məhz onun buradakı fəaliyyətinin araşdırılması üçün ABŞ prezidenti Donald Tramp öz adamı Rudi Culianini Ukraynaya göndərib və üstəlik, rəsmi Kiyevə H.Bayden haqqında cinayət işinin açılması üçün təzyiq göstərib. Bu isə Donald Trampa qarşı Nümayəndələr palatasında impiçment prosedurunun başladılmasna gətirib çıxarıb.

Qəzetin yazdığına əsasən, şirkət serverinə daxil olunması cəhdləri hələ ötən ilin noyabr ayından başlanlıb. Burada əsas məqsədin Co Baydenin oğluna qarşı kompromat xarakterli informasiyaların ələ keçirilməsidir.

Qəzet Milli təhlükəsizlik agentliyindəki mənbələrinə istinadən kiber hücumların ən sonda müvəffəqiyyətlə nəticələndiyini bildirib.

Gələn informasiyalarda hücumun arxasında birbaşa Rusiya Baş Kəşfiyyat İdarəsinin durduğu göstərilir. Hakerlər “Burisma”nın törəmə müəssisələrinə göndərilən saxta elektron poçt vasitəsilə serverə daxil olmağı bacarıblar.

Rusiya hakerlərinə qarşı ABŞ hüquq-mühafizə orqanları 2018-ci ildən başlayaraq cinayət işi açıb və konkret 12 nəfərə qiyabi ittiham irəli sürülüb.

Ötən ilin dekabr ayında ABŞ Maliyyə nazirliyi 17 fiziki şəxsə, 5 Rusiya şirkətinə və “Evil Corp.” haker qruplaşmasına qarşı ittiham aktı hazırlayıb. Onlar dünyanın 40 ölkəsində yerləşən banklardan 100 milyon dollar pul oğurlamaqda təsqirləndirilirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam