Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclası davam edir

Azərbaycan- Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının bu gün başlayan 17-ci iclasında ikitərəfli münasibətlərin başlıca məqamlarına aydınlıq gətiriləcək.

Yenixeber.org: Bu barədə iclasın əvvəlində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

Azərbaycanın ən böyük ticarət tərəfdaşı və xarici sərmayədarının Avropa İttifaqı olduğunu xatırladan diplomat daha sonra deyib:

“Biz həmçinin bu ölkədə islahatları daha da inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək, idarəetmə qurumlarını gücləndirmək səylərində də əsas tərəfdaşlarıyıq. Münasibətlərimizlə bağlı hər şeyi, yəni koronavirusun fəsadlarını, habelə, sözsüz ki, son vaxtlar Dağlıq Qarabağda və ətrafında aparılmış irimiqyaslı hərbi əməliyyatlarını da müzakirə edəcəyik”.

Aİ rəsmisi noyabr ayının 10-da Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin ayrı-ayrı pozulması hallarına baxmayaraq, hələ də qüvvədə olduğunu xatırladıb:

“Məncə, Avropa İttifaqı regiondakı barışığın əldə edilməsində, sülhün bərpası və gücləndirilməsində mühüm rol oynayaraq Minsk qrupunun fəaliyyətini tamamlaya bilər”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək üçün Brüsselə gedib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam