Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi bəyanat veriblər –MƏTN

Azərbaycandakı gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə bəyanatlarla çıxış ediblər.

Yenixeber.org: Bəyanatlarda Azərbaycan xalqı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü münasibətilə təbrik edilib, Şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa dilənib:

“Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi ilə qürur duyur və iftixar hissi keçirdiyimizi bildiririk.

Bütün dünyada sülhpərvər, mültikultural və tolerant ölkə kimi tanınan, haqlı və ədalətli mövqeyə malik olan Azərbaycanın beynəlxalq hüquqa əsasən Qarabağı işğaldan azad etdiyi, xalqımızın özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüquqlarını həyata keçirdiyi nəzərə çatdırılıb”- deyə bəyanatda əks olunub.

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Azərbaycandakı bütün icmaların və diaspor təşkilatlarının Azərbaycana mənəvi dəstək olduqları vurğulanıb: “Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam