Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağdam -erməni vandalizmindən əvvəl və sonra (FOTO)

Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir.

Yenixeber.org: İşğal nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər, daha doğrusu onun qalıqları 2020-ci il noyabrın 20-də azad edilib.

Ağdam rayonu özünün qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı, burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi.

Ağdamda Sovet İttifaqının yeganə Çörək muzeyi mövcud idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Çörək muzeyinin fəaliyyətinə son qoyub, muzeyin 1 500-dən çox eksponatı məhv edilib. Bundan başqa, Ağdamın məşhur çay evi və “Qarabağ” futbol klubunun oyunlarını keçirdiyi “İmarət” stadionu dağıdılıb.

İşğal müddətində ermənilər rayon ərazisində qanunsuz arxeoloji qazıntılar aparıb və tapılan eksponatları Ermənistana daşıyıb.

Dağıdılan tarixi abidələr sırasında eramızdan əvvəl 2-ci minilliyə aid Üzərliktəpə yaşayış məskəni, 16-cı əsrə aid məbəd, Kəngərli kəndində 14-cü əsrə aid sərdabə və daş abidələr, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu məqbərəsi, 18-19-cu əsrlərə aid Qarabağ xanlığının irsi hesab olunan Şahbulaq qalası, xan sülaləsinin sarayı və türbələri yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam