Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

AZƏRBAYCAN XÜSUSİ TƏYİNATLILARININ HƏMLƏSİ -Düşmənin 25 hərbçisi necə məhv edilmişdi?+ VİDEO

...2015-ci il martın 19-da qondarma “dqr müdafiə nazirliyi” Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı qrupunun Gülüstan istiqamətində, Çaylı kəndi ətrafında erməni ordusunun postuna hücumu barədə məlumat yaydı. Məlumatda deyilirdi ki, səhər saat 08.0 radələrində başlayan hücum və daha sonra iki saata yaxın çəkən döyüş fəaliyyəti zamanı erməni tərəfi itki verib-hərbi qulluqçular Akob Xaçaturyan (1995), Eduard Ayrapetyan (1995) və Arşak Arutyunyan (1995) öldürülüblər. Daha 4 hərbi qulluqçu isə yaralanıb.

Yenixeber.org: Bir neçə gün sonra-martın 26-da erməni tərəfi həmin döyüşdə yaralanan daha bir hərbi qulluqçunun Xankəndi hospitalında öldüyünü açıqlamışdı. Və erməni tərəfi iddia edirdi ki, onların köməyə gələn əlavə qüvvələri postdakı qüvvələrlə birlikdə Azərbaycan xüsusi təyinatlılarını təqib ediblər. Və Azərbaycan mövqeləri yaxınlığında “tam məhv ediblər”.

Həmin tarixdən 5 ildən çox keçmiş bu döyüşün iştirakçılarından biri, xüsusi təyinatlıların ehtiyata buraxılmış hərbi qulluqçusu Ülfət Həsənov əslində hadisələrin necə cərəyan etdiyini danışıb. Məlum olub ki, xüsusi təyinatlılarımız əslində həmin döyüşdə 4 yox, daha çox düşmən hərbçisini məhv edib.

Qəhrəman qazimizin YouTube kanallarından birində yerləşdirilmiş hekayətinə əsasən düşmənin ölən və yaralanan hərbçilərinin sayı 25-30 nəfər olub. Və Gülüstan meşələri qan gölünə dönüb, öldürülən düşmən hərbçilərinin qanı ağ qarı qırmızıya boyayıb. Döyüşdə Ü.Həsənov da ağır yaralanıb.

Düşmənə sarsıdıcı zərbə vuran 6 nəfərlik qrup yaralı Ülfətlə birlikdə geri çəkilib, onları həqiqətən köməyə gələn erməni xüsusi təyinatlıları təqib edib. Amma qondarma rejimin iddia etdiyi kimi, qrup məhv edilməyib və yaralılarla birlikdə düşmənin şiddətli atəşi altından çıxa bilib. (Virtualaz.org)

Qəhrəman qazimizin həmin döyüş hekayətini öz dilindən təqdim edirik:

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam