Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İtaliyalı həmsədr -Ermənistanın törətdiyi təxribatları qınayıb

İtaliyalı həmsədr Ermənistanın törətdiyi təxribatları qınayıb

 

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun Ermənistanın törətdiyi təcavüzlə bağlı Energetika Nazirliyinin müraciətinə cavab məktubu daxil olub. 

Yenixeber.org: Məktubda İtaliya Hökumətinin cari ilin 27 sentyabr tarixindən etibarən təmas xətti boyunca şiddətli toqquşmalar başlayandan bəri baş vermiş hadisələri narahatlıqla izlədiyi bildirilərək, Azərbaycan ərazisində, xüsusilə Gəncədə yaşayış məntəqələrinə qarşı edilən hücumların, ballistik raket atəşlərinin kəskin şəkildə qınandığı və mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığı verildiyi qeyd edilir.

Məktubda, həmçinin “status-kvo”nun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın olduğu, iki onillikdən çox müddət ərzində nəticəsiz danışıqların Azərbaycan tərəfini narahat etməsinin tam anlaşılan olduğu qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT və ATƏT sənədlərində və qərarlarında təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyi bildirilib.

Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazovun həmsədr olduğu Azərbaycan ilə müvafiq ölkələr arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən olan həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyektlərinin hədəfə alınması barədə məlumatlandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam