Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Əli Əsədov həmsədr təyin olundu-SƏRƏNCAM

 

Əli Əsədov həmsədr təyin olundu
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqənib.
Yenixeber.org: Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın üzvləri sırasından “Vergilər nazirinin müavini və Nazirlər Kabineti Aparatının rəhbəri” sözləri çıxarılıb. “Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri isə “Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilib.

Sərəncamla Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Naxçıvan Muxtar Respublikasının Baş naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam