Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş Prokuror: -"Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib"

Baş Prokuror: Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib

“Azərbaycan xalqına qarşı növbəti cinayət törədilib. Tam məsuliyyətimlə deyirəm ki, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən törədilib”.

Yenixeber.org: Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cinayət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib:

“Bir daha tam məsuliyyətimlə deyirəm ki, bu, Azərbaycanın döyüşdəki tam uğurları ilə bağlıdır. Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, erməni silahlı birləşmələrinə zərbələr endirdikcə, daim Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu kimi göstərişlər verilir. Bununla bağlı tərəfimizdən cinayət işi başlanılıb. Dünəndən istintaq-əməliyyat qrupu Bərdə şəhərində işləyir və zəruri olan bütün sübutlar toplanılır. Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər və qaça da bilməyəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam