Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Nərimanovda Daxili Qoşunların “N” saylı hərbi hissəsində görüş keçirilib

 

 

Novruz bayramı ilə əlaqədar Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüş keçirilib.

 

"Xeberinfo.com":  Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi xalqımızın ən əziz bayramlarından sayılan Novruz bayramı münasibətilə Daxili Qoşunların Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində olmuş və şəxsi heyətlə görüşüb.

Rayon rəhbərliyinin, Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini Vidadi Əliyevin və sözügedən hərbi hissənin şəxsi heyətinin qatıldığı tədbirdə çıxış edərək onları bu gözəl bayram münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Silahlı Qüvvələrimizin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladaraq, Ulu Öndərin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini vurğulamış, onun şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd edib.

Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Ş.İbadov onun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini bildirib.

O, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq ordumuzun qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə və mənfur düşməni hər an məhv etməyə qadir olduğunu diqqətə çatdırıb.

Sonra əsgərlərə bayram sovqatı paylanmış və onlara çətin və şərəfli xidmətlərində  uğurlar arzulanmışdır.

Tədbirdə xidmətdə fərqlənən əsgər, gizir və zabitlər Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.

 

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərimizdə xoş ovqat yaratmışdır.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam