Ermənistan -Gəncəni niyə “SKAD”la vurub?
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə SCUD (Skad-B) raketi ilə hücum edib. Düşmənin terror hücumu nəticəsində 10 nəfər həlak olub, 34 sakin yaralanıb. Dinc sakinlərə qarşı ballistik raketdən istifadə etmək hərbi cinayət olmaqla yanaşı, vandalizm aktıdır. Dünyada “Skad-B” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən demək olar ki, az istifadə edilib. Bu raketdən mülki əhalini vurmaq üçün istifadə etməyə yalnız Ermənistanın faşist xislətli hərbi siyasi rəhbərliyi qərar verə bilərdi.
Yenixeber.org: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib ki, Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb, ötən gün həmin raketin ən son qalıqları tapılıb.
Q.Əhmədov qeyd edib ki, raketin qalıqlarının üzərində 8K-14 yazılıb: "Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir".
Ermənistanın Gəncədə mülki əhalini hədəf alan hücumu zamanı SCUD raketindən istifadə etməsi təsadüfi deyil. Rusiya istehsalı olan SCUD raketlərinin texniki xüsusiyyətlərinə nəzər salsaq, hücumun məqsədli şəkildə həyata keçirildiyini göstərir.
Xatırladaq ki, 1961-1987-ci illərdə istehsal olunan “Skad” raketlərinin hədəfdən yayınma dairəsi 450 metrdir. Sonuncu buraxılışı 1987-ci ildə istifadəyə verilən raketlər köhnə olduğundan dəqiq zərbə qabiliyyətini itirib, hədəfdən yayınma dairəsi daha böyükdür.
Ekspertlərin fikrincə, məhz bu səbəbdən “Skad”lardan hərbi hədəflərin vurulması üçün nadir hallarda istifad olunur.
Təcrübə göstərir ki, “Skad” raketləri yaşayış məntəqələrinə düşən zaman daha çox dağıntılar törədir və mülki şəxslər arasında çoxsaylı ölümlə nəticələnir. İşğalçı ordu bütün bunları nəzərə alaraq, Gəncə şəhərini “Skad”lə vurmaqla terrorçu planını həyata keçirməyə çalışıb.
Artıq faktlar da təsdiqləyir ki, Ermənistan faşist mahiyyətini ortaya qoyaraq “Skad” raketlərini bilərəkdən seçib və hərbi əməliyyatlarda nadir hallarda istifadə olunan dağıdıcı silahla mülki əhalini hədəf alıb.
Bundan əvvəl də Ermənistan ordusu öz ərazisindəki buraxılış nöqtələrindən Azərbaycana “Toçka-U”, operativ-taktiki raket kompleksləri və 300 km məsafəyə malik “Skad-B” qısa mənzilli ballistik raketindən istifadə edib.
Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, "Skad-B" digər adı “Elbrus” olan ballistik raket sovetlər birliyinin yaratdığı raketlərdəndir. Onun sözlərinə görə, adıçəkilən raketlərin hədəfi vurmaq dəqiqliyi çox azdır.
"Ermənistan bu raketləri 1995-1996-cı illərdə əldə edib. Məndə olan məlumata görə, 27 ədəd "Skad" raketi əldə olunub. İndi onun 5-6 sistemi mövcuddur. Yerdə qalanları baxımsızlıqdan sıradan çıxıb. Ermənistanın bütün addımları, Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı videolarda da var. Bunlar Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən nəzarətdədir. Bütün ölkə ərazisində olan həm uçuşlar, həm də raket buraxılışları izlənilir, onların koordinatları təyin edilir.
Bütün hallarda görünən odur ki, Ermənistan ordusu həm “Smerç” yaylım atəş sistemlərini, həm də operativ-taktiki raket kompleklərini Ermənistan ərazisindən tətbiq edir. O cümlədən "Skad-B" raketləri də Ermənistan ərazisindən atılır", - deyə hərbi ekspert vurğulayıb. (azvision)