Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı -Rusiyaya deportasiya olunub

Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı Rusiyaya deportasiya olunub

Belarusun paytaxtı Minskdə etiraz aksiyalarında iştirak etmiş daha bir azərbaycanlı saxlanılıb.

Yenixeber.org: Saxlanılan şəxs əslən Azərbaycanın Beyləqan rayonundan olan, Rusiya vətəndaşı Aslanov Polad Rüstəm oğludur. 

Aksiya iştirakçısı Rusiyaya deportasiya edilib.

Məhkəmənin deport ilə bağlı çıxardığı qərara səbəb olaraq xulqanlıq, ictimai asayişi pozmaq və milisə müqavimət göstərilib.

Qeyd edək ki, daha əvvəl aksiyada iştirak edən bir azərbaycanlının Ukraynaya deportasiya olunması, daha bir nəfərin isə itkin düşməsi barədə xəbər yayılıb.

Xatırladaq ki, avqustun 9-dan Belarusda prezident seçkisinin nəticələrinə etiraz olaraq “Ədalət uğrunda!” şüarı altında etiraz aksiyaları davam edir. Sonuncu dəfə genişmiqyaslı aksiyalar sentyabrın 20-də Belarusun paytaxtı Minskdə və əsas şəhərlərində keçirilib. Bu aksiyalarda 130-dan çox etirazçı saxlanılıb. Rəsmi məlumata görə, Minskdə keçirilən etiraz yürüşündə 20 min nəfər iştirak edib. Aksiyaçılar isə saylarının bu rəqəmdən bir neçə dəfə çox olduğunu bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam