Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Rusiya prezidenti -serbiyalı həmkarından üzr istəyib

Rusiya prezidenti serbiyalı həmkarından üzr istəyib

Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyi sözçüsünün təhqiramiz paylaşımına görə Serbiya prezidenti Aleksandr Vuçiçdən üzr istəyiblər.

Yenixeber.org: Bu barədə Serbiya lideri Serbiya Radio Televiziya Şirkətinə (RTS) müsahibəsi zamanı bildirib:

“Həm Putin, həm də Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəllər heç vaxt məndən üzr istəməyiblər və hər ikisi bunu belə bir hadisə üçün, özü də mən söz salmadan etdilər”.

Prezident A.Vuçiç rusiyalı həmkarı ilə telefon söhbətinin müsbət ab-havada keçdiyini, sözügedən paylaşımı isə əhəmiyyətsiz məsələ hesab etdiyinə görə bu barədə heç söhbət salmadığını, Rusiya tərəfinin üzrxahlığını isə Serbiyaya və şəxsən ona hörmət bəslədiklərinin əlaməti hesab etdiyini diqqətə çatdırıb.

“Tanjug” xəbər verir ki, belə bir paylaşımın yuxarılarla razılaşmadan yerləşdirilmə ehtimalı barədə prezident Vuçiç “hər kəs özünə cavabdehdir” şəklində şərh verib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiya prezidentinin Vaşinqtona rəsmi səfərini və Donald Trampla görüşünü “Facebook” səhifəsində şərh edərkən “Cılız ehtiraslar” (“Low Passions”) filmində aktrisa Şaron Stounun qıçlarını çarpazlaşdıraraq əyləşdiyi epizodu paylaşmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam