Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ceyhun Bayramov Polşa səfiri ilə görüşdü-FOTO

 

 Sentyabrın 8-də Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul edib.
Yenixeber.org: XİN-dən verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini qeyd edib.

Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Səfir, öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazirin diqqətinə çatdırıb. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

R.Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd edib və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam