Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Universitet və kolleclərə ərizə qəbulu - bu gün başa çatır

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bu gün başa çatır.

 

Yenixeber.org: İyunun 9-u saat 10.00-a olan məlumata görə I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 041 abituriyent elektron ərizəsini təsdiq edib.

 

Onlardan 65 950 nəfəri Azərbaycan, 6 091-i isə rus bölməsi üzrə təhsil alanlardır.

 

Bundan başqa, V qrup üzrə qeydiyyatdan keçənlərin sayı 56 823 nəfərdir. Tam orta ixtisas təhsili üzrə isə bu rəqəm 59 739 təşkil edir.

 

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam