Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Ərizə verən abituriyentlərin sayı -88 171-ə çatdı

Ərizə verən abituriyentlərin sayı 88 171-ə çatdı
Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.
Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30229 (27750 nəfər Azərbaycan, 2479 nəfər rus bölməsi), II qrup üzrə 13773 (12430 nəfər Azərbaycan, 1343 nəfər rus bölməsi), III qrup üzrə 22165 (20604 nəfər Azərbaycan, 1561 nəfər rus bölməsi), IV qrup üzrə 5057 (4410 nəfər Azərbaycan, 647 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55961 nəfərdir, onlardan 52318 nəfəri Azərbaycan, 3643-ü isə rus bölməsidir. Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 58737 nəfərdir. Onlardan 55877 nəfəri Azərbaycan, 2860 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Elektron ərizə verən subbakalavrların sayı isə 8262-dir. Təsdiq olunan elektron ərizələrin sayı 4977-dir.

Qeyd edək ki, ali məktəblərə və orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu iyunun 9-u saat 23:59-dək davam edəcək. Subbakalavrların elektron ərizə qəbulu isə iyunun 1-dən başlayıb və iyulun 10-dək davam edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam