Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?-VİDEO


Yenixeber.org: Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir. Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib. Bununla bağlı xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir. Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb. Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi spiker üçün dəridən, qabıqdan çıxıblar. Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb. Belə ki, aşağıda təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.



Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub. Onu da bildirək ki, sözügedən dairədə məntəqə üzvlərinin və sədrlərin böyük əksəriyyətini təhsil işçiləri təşkil edir. Təxminən üç il öncə Abşeron təhsilinə rəhbər təyin olunan N.Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən seçki saxtakarlığı hazırda araşdırılmaqdadır. Bu araşdırmanın nəticəsi olaraq günahkarın fəaliyyət sahəsi ilə bağlı da bəzi detallara nəzər yetirilsə N.Məmmədovanın durumu heç də yaxşı olmayacaq. Çünki ötən müddət ərzində Abşeron təhsili ilə bağlı xeyli sayda rüşvət və müliyyə pozuntuları haqda məlumatlar mətbuatda yer alıb. Bu haqda isə növbəti yazımızda.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam