Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı məktəblərində -20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Yenixeber.orgBakı Şəhər üzrə Təhsil idarəsindən verilən məlumata görə, əmrə əsasən, yanvarın 17-si ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, 20 Yanvar hadisələrindən bəhs edən kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət edəcəklər.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam