BDU-nun korrupsioner kadrları təşvişdə -İDDİA
Yenixeber.org: Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib. Baş tutan təyinatla bağlı rektor Elçin Babayev açıqlama verərək hər zaman mətbuata açıq olacaqlarını və ona böyük etimad göstərdiyinə görə prezidentə təşəkkürünü bildirdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Bundan sonra isə təhsil nazirinin əmri ilə, eyni zamanda nazir müavini vəzifəsində qalacaq Firudin Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. F. Qurbanov elə həmin gündən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.
Redaksiyamıza daxil olan məlumata görə Firudin Qurbanov keçmiş rektora yaxın olan və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlıya, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Hacıyevə və “Gənc istedadlar” liseyinin direktoru Qasım Hüseynova onların qanunsuz əməlləri barəsində məlumatlı olduğunu bildirərək xəbərdarlıq etsə də, onlar öz köhnə əməllərindən hələ də əl çəkməyiblər. Bildirək ki, bu üç şəxsin BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla çox yaxın münasibətləri olub. Həmin şəxslər BDU-da çalışdığı illər ərzində rektorun inamını qazandıqlarından, A.Məhərrəmovun dəstəyi sayəsində BDU-dan müxtəlif maxinasiyalarla əldə etdikləri milyonlarla manat vəsaitlə özlərinə Bakı şəhərində və bölgələrdə çoxlu evlər, villalar, obyektlər alıblar.
Bu yaxınlarda mətbuatda həmin prorektorlardan, həm də BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə şagird qəbulu ilə bağlı məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd edilirdi ki, hər il V sinif üzrə keçirilən qəbul imtahanlarında öz savadına, biliyinə arxayın olan şagirdlər iştirak edərək liseyə qəbul olunur. Ancaq bu gün liseydə istedadlı şagirdlərlə biliyi müqayisə oluna bilməyənlərə də tez-tez rast gəlinir. Həmin şagirdlərin ora necə qəbul olunmasını isə liseyin direktoru professor Qasım Hüseynovdan soruşmaq lazımdı.
Redaksiyamıza verilən məlumata görə“Gənc istedadlar” liseyinə təsadüfü düşməyən şagirdlərin demək olar ki, hamısının valideyini ya məmur yada iş adamıdı. Bu isə o anlama gəlir ki, məmur və binesmenlərdən rüşvət almaqla onların övladları “Gənc istedadlar” liseyinə yerləşdirilib. Qeyd edək ki, liseyə şagird qəbulu üçün alınan rüşvətin bir hissəsinin sabiq rektor Abel Məhərrəmova çatması BDU-da hər kəsə məlumdur. Hətta rektora daha çox pul çatdığı üçün Q.Hüseynovun A.Məhərrəmovdan bir neçə dəfə narazılığını dilə gətirdiyi deyilir.
Redaksiyamıza verilən məlumatda bildirilir ki, yeni rektor təyinatından ən çox narahat olan müəllimlərdən biridə məhz “Gənc istedadlar” liseyinnin direktoru Qasım Hüseynovdu. Amma sabiq rektorun yaxın adamları olan və BDU-da korrupsiyanın əsas “üç bucağı” kimi tanınan Elçin Babayev Sani Hacıyev, Nəbi Ramazanlının da narahatçılıq içində olduqları deyilir.
Ümid edirik ki, yeni rektor ölkənin bir nömrəli təhsil ocağı olan BDU-da ciddi islahatlar aparacaq və universiteti yuxarıda adlarını çəkdiyimiz korrupsioner kadrlardan təmizləyəcək.(azfakt.com)
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.