Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

6 minə yaxın müəllim işlədiyi yeri dəyişmək istəyir

 6 minə yaxın müəllim iş yerinin dəyişdirilməsini istəyir. Lakin müraciət edənlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Təhsil Nazirliyindəbu gündən etibarən müraciətlərin baxılmasına başlayıb. Nəticələr isə yaxın günlərdə açıqlanacaq

Yenixeber.org: Müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu artıq başa çatıb. Müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib.
Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərin məktəblərində çalışan müəllimlər var.Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir.
Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadənin sözlərinə görə , müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq.Çünki əksər hallarda bəzən eyni yeri daha çox insan seçir.Bir yerə isə yalnız bir namizəd seçiləcək.Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat müəllimləri yer alıb.Yerdəyişmə ilə bağlı nəticələr isə yaxın günlərdə açıqlanacaq.
Yerdəyişmə zamanı həm rayon daxili, həmdər rayonlar arası yerdəyişmə həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam