Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Əxlaq normalarına riayət edin!" -Müəllimlərə ciddi xəbərdarlıq

 

"Əxlaq normalarına riayət edin!" - Müəllimlərə ciddi xəbərdarlıq
Yenixeber.org: Məktəbdaxili intizam qaydalarına, habelə “Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may 2018-ci il tarixdən ləğv edilib.
Bu barədə AzVision.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir. 

"Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bütün təhsil idaəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir".

Qeyd edək ki, S.Əliyeva birinci sinif şagirdini döyməkdə ittiham edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam