Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanlı şagirdlər Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında medal qazanıblar

 

 Belarusun paytaxtı Minsk şəhərində 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib

Yenixeber.org: Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən Azərbaycan məktəbliləri medalla qayıdıblar.

Belə ki, 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli olimpiadanın gümüş medalına layiq görülüblər.

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri olan şagirdlərimiz tədris ili boyunca bu olimpiadalara hazırlaşıb, Moskva Dövlət Universitetinin Bakı filialında həm nəzəri, həm də praktiki hazırlıq dərslərinə qatılıblar.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam