Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb

Yenixeber.org: Komitənin sədri İsa Həbibbəyli məlumat verib ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, birinci oxunuşdan sonra Prezident Aparatında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. 

O qeyd edib ki, konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib: "Bütün bunlar ölkədə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir". 

İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. 

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar - Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söylədilər, təkliflərini səsləndiriblər. Çıxışlarda vurğulanıb ki, peşə təhsili haqqında qanunun hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.

Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirdi, suallara cavab verdi. Bölgələrdə peşə təhsilinin inkişafı məqsədi ilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırıb.

Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam