Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

25 məsələyə baxılacaq-Sabah Milli Məclisdə

 

Milli Məclisdə sabah 25 məsələyə baxılacaq
Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Yenixeber.org: Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslamRespublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişlərin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələri müzakirə olunacaq. Həmçinin “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də, “Hidrometeorologiya fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Tibbi sığorta haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda, Mülki, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam