Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Repetitorların işi ağırlaşdı:Məktəblə müqavilə bağlanacaq

mektebliBakıda repetitorluq edən müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur.

Xeberinfo.com:   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabinetiməktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verib. Onun sözlərinə görə, qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır: “Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrin imzalanması nəzərdə tutulur”.

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilindən məktəblərin fəaliyyətlərinə zidd olmayan fəaliyyətlər, müxtəlif idman, yaradıcılıq dərnəkləri təşkil edilib. Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlərin olduğunu deyən M. Vəliyevanın sözlərinə görə, müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb: “Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin  ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur”. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam