Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Təhsil şöbəsinin müdirəsi çətin durumda: 38 min manatdan artıq mənimsəmə?

 

           

 

Ağcabədi rayon təhsil şöbəsinin müdirəsinin “başı üzərində qara buludlar dolanır”

 

Xeberinfo.com: Ağcabədi Rayon Təhsil Şöbəsi ətrafında müammalı oyunlar bitib tükənmir. Şöbənin keçmiş müdiri Mehdi Əhmədov təhsil naziri Mikayıl Cabbarova etimadsızlıq və digər ittihamlarla vəzifəsindən alındı.

İndi isə bu təhsil müəssisəsində növbəti qalmaqal yaranmaqdadır. Mehdi Əhmədov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Təhsil Şöbəsinin rəhbərliyinə 5 saylı tam orta məktəbin direktoru Solmaz Rəhimovanı təyin edib. Rayondan xeberinfo-com-a daxil olan məlumata görə yeni qalmaqal da məhz bu təyinatla bağlı yarana bilər.

Məsələ ondadır ki, Maliyyə Nazirliyinin bir müddət əvvəl Ağcabədi rayon təhsil ocaqlarında apardığı yoxlama zamanı əksər məktəblərdə bir sıra maliyyə pozuntuları aşkarlanmışdı. Ciddi maliyyə pozuntularının aşkarlandığı məktəblərdən biri də Solmaz Rəhimovanın rəhbərlik etdiyi 5 saylı tam orta məktəb olub. Məlumata görə, Maliyyə Mazirliyinin yoxlama briqadası 5 saylı tam orta  məktəbdə 38 min manatdan artıq maliyyə yeyintisi faktını rəsmiləşdirib. Məlumata görə nazirliyin həmən yoxlaması hal-hazırda Baş Prokurorluğun  Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Mənbəmiz bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Ağcabədi rayon Təhsil Şöbəsindəki maliyyə yeyintiləri ilə bağlı istintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə məhkəməyə göndəriləcək.

Bu isə Ağcabədi rayon Təhsil Şöbəsinin yeni müdiri Solmaz Rəhimovanın “başı üzərində qara buludların dolanmsı” deməkdir.

Biz bu məlumatla bağlı dəfələrlə cəhdimizdən sonra Solmaz xanımı da dinləyə bildik. Xanım müdirənin cavabı qısa oldu: “Bu tamamilə yanlış məlumatdır. Bu fantastik rəqəm haradandır belə? Əgər elə bir şey olmuş olsaydı, rəhbərlik məni bura təyin etməzdi”.

Mövzu diqqətimizdədir.

Sabir

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam