Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

800 müəllim işdən çıxarılıb? – “Deyirlər ki, nazirin əmri var…”

mekteb shagirdXeberinfo.com:   Tovuz rayonu Şah İsmayıl Xətai adına Köhnəqala kənd orta məktəbinin müəllimi Aytən Əhmədova işdən azad edilməsi ilə bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, 2012- ci ildə müddətsiz müqavilə yolu ilə sinif rəhbəri kimi işə götürülüb: “Həmin vaxt bir müəllimi işdən çıxartmışdılar. Mən də onun yerinə təyin edildim. Avqust ayına kimi sinfi apardım. Yayda dedim ki, imtahandan keçmək lazımdırmı? Dedilər ki, lazım deyil, artıq əmrlə işə götürülübsən. Əlimdə müddətsiz müqavilənin əmri var. İndi direktor Xanoğlan Həsənov deyir ki, müqavilədə texniki səhv olub. Əgər texniki səhv olmuşdusa, 4 il siz məni niyə işlədirsiz? Sən demə, bu 4 ildə sinif əslində başqa müəllimənin adına imiş. Baxmayaraq ki jurnalları, bütün işləri mən yazmışam. 4 il əziyyət çəkmişəm, 18 əlaçı şagird yetişdirmişəm. İndi isə məni qanunsuz şəkildə işdən çıxarırlar.

Bu təkcə mənim başıma gəlməyib. Rayonda 800-ə yaxın müəllim əsassız bəhanələrlə son iki həftədə işdən çıxarılıb. Deyirlər ki, Təhsil naziri belə bir əmr verib ki, müddətli müqavilə əsasında işləyənlərin hamısı işdən çıxarılsın. Bəs müddətsiz müqavilə ilə işləyənləri niyə çıxardırlar? Mən universitet bitirmişəm, bütün sənədlərim yerindədir. Günlərdir rayon təhsil şöbəsinin qabağında müəllimlər işdən çıxarılmaqlarına etiraz edirlər”.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru Xanoğlan Həsənovla əlaqə saxladıq. O bildirib ki, Aytən Əhmədova məktəbdə müvəqqəti əmrlə işləyib: “Ona texniki səhvlə bağlı kim nə deyib bilmirəm. Amma o müvəqqəti əmrlə bizdə işləyib. O müddətsiz müqavilə əsasında işə götürülməyib. 2010-cu ildən qayda belədir ki, hamı imtahan verib vakant yerlərə getməlidir”.

Qeyd edək ki, Aytən Əhmədovanın bizə göndərdiyi sənəddə onun müddətsiz işə götürüldüyü yazılıb.

800 müəllim işdən çıxarılıb? - “Deyirlər ki, nazirin əmri var...”
800 müəllim işdən çıxarılıb? - “Deyirlər ki, nazirin əmri var...”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam