Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tələbələr qeydiyyat üçün pul toplaya bilmədilər

telebeHökumət isə çıxış yolunu qeydiyyat müddətinin uzadılmasında görür

Xeberinfo.com:   Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olunan şəxslərin təhsil alacaqları ali məktəblərdə qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Əslində, qeydiyyat müddətinin uzadılması təhsil haqlarının ödənilməmsiylə bağlıdır. Ötən yazılarımızda da bu məsələyə toxunmuşuq ki, 1-ci kursda ödənişli əsaslarla oxuyacaq tələblərdən təhsil haqqı tam şəkildə tələb olunur. Əgər ödəniş qəbzi verilməsə, qeydiyyat sənədi verilmir. Illərdir bu məsələ ağır problemə çevrilib. Ailələr övladlarının təhsil haqqının ödəyə bilmir. Azərbyacanda təhsil haqlarının bu qədər yüksək olması absurddur. Əməkhaqqı 150-200 manat, təhsil haqqı 3000-5000 manatdır. Azərbaycanda dövlət universitetlərinin 65 faizi ödənişli əsaslarla fəaliyyət göstərir. Məqsədli şəkildə təhsil sahəsini də qazanc yerinə çeviriblər. Iqtisadçı ekspert Qubad Ibadoğlu deyir ki, bu il təhsil haqqına görə 5 milyon manatdan çox vəsait toplanacaq.  Çünki, təhsil haqları orta hesabla 25 faiz artırılıb.

Onsuz da sosial vəziyyətin ağırlığı əhalini sıxır. Belə bir vəziyyətdə yüksək miqdarda təhsil haqqı ödəmək, üstəlik, 1-ci kursda bu məbləği tam ödəmək mümükünsüzləşir.

Məhz bunun göstəricisidir ki, qeydiyyat müddətinin vaxtı uzadılıb. Valideynlərə vaxt verilib ki, pul tapsınlar. Hökumət gənclərin təhsil ala bilməməsi üçün əlindən gələni edir.

Onsuz da bugünə qədər 17000-dən artıq tələbə təhsil haqqının qurbanına çevrilib. Heç olmasa bundan sonra bu problemi həll etmək lazımdır. Tələbələrə təhsil kreditləri verilməli, təhsil haqqı aşağı salınmalı, aztəminatlı ailələrə güzəşt edilməlidir. Savadsızlığın hökm sürdüyü ölkədə tələbə adını qazanmış adamların da pula görə kənarda qalması faciədir. Digər tərəfdən, bu il Ali məktəblərdə 7190 tələb yeri boş qalıb.

Deməli, nəticə pisləşdikcə, pis nəticəni yaradan səbəblər daha da qabardılır.

Xatırladaq ki, Italiya hökuməti gənclərə kitab ala bilmələri  üçün 500 avro pul verir və bu qanun sentyabrın 15-dən qüvvəyə minəcək. Azərbaycan hökuməti isə uşaq bağçasından tutmuş, ali məktəbə qədər hər mərhələdə vətəndaşdan pul qoparır. Bu hökumətin gənclərə stimul vermək, gənclərin təhsil almasına şərait yaratmaq üçün heç bir addımı müşahidə olunmayıb.

Hətta valideynlərin göstərilən vaxta qədər təhsil haqqını ödəyə bilməməsi də hökuməti adekvat addım atmağa məcbur etmir. Dərk etmirlər ki, adamlar ödəniş qabiliyyətini itirib, böhran ölkəni ağuşuna alıb, işsizlik, yoxsulluq səviyyəsi artıb.

Əslində, hökumətin bu israrı vətəndaşı intihara sürükləməkdir, insanları həyatdan küsdürməkdir. Uzun illər əziyyət çəkib tələbə adını qazanmış adamları pulla sınağa çəkirlər, insanları müflisləşdirməkdə israrlıdılar.

Başa düşmürlər ki, 150 manat əməkhaqqı alan valideynin 4000 manat təhsil haqqı ödəmək imkanı yoxdur. Erməni kilsələrinə pulsuz qaz verib güzəşt edən hökumət, Azərbaycan balalarına pullu təhsildə də güzəşt etmir.

Əlbəttə, bu il təhsil haqqına görə kənarda qalan tələbələr daha çox olacaq. Qeydiyyat müddətini uzatmaq nəticəni dəyişməyəcək.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam