Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Nazirlikdən yazıb-oxumağı bilməyən məzunlar haqda – “Böyük problem deyil”

7ad2b59e-c0f1-4bf4-9d80-e1b548f09557_675

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Xeberinfo.com:  DİM-dən verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər. Şuranın üzvü Kamil Aydazadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib.
İclas zamanı TQDK-nın və DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilib, fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələr müzakirə edilib.
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilmiş imtahanlar barədə məlumat verib, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim edib. Qeyd olunub ki, ötən ilki nəticələrə əsaslanaraq TQDK Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılmasını təklif etsə də, bəzi ali təhsil müəssisələrinin planında müsabiqənin ayrı aparılması göstərilib. TQDK öz təklifini onunla əsaslandırıb ki, Azərbaycan və rus bölmələrinin kontingentlərinin saylarında kəskin fərq olduğuna görə müsabiqə ayrı aparıldıqda keçid balları arasında da kəskin fərq yaranır. Təhsil nazirinin müavini C.Bayramov vurğulayıb ki, ali təhsil müəssisələri bu kimi məsələlərin həllində sərbəstdirlər, müsabiqənin birgə aparılması tədrisin təşkilində çətinliklərin yaranmasına (rus bölməsində qrupların komplektləşdirilməməsinə) səbəb olduğundan onlar müsabiqənin ayrı aparılmasına üstünlük verirlər. Müzakirələr nəticəsində qərara alınıb ki, növbəti il plan tərtib olunarkən birgə təhlillər aparılsın.

M.Abbaszadənin məruzəsində toxunduğu növbəti məsələ ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət komissiyaları üzrə qeydiyyatdan keçənlərin sayı ilə bağlı olub. Belə ki, qeydiyyatların sayının çox olması qabiliyyət imtahanlarını keçirən ali təhsil müəssisələrini, xüsusilə Rəssamlıq Akademiyasının rəhbərliyinin ciddi narazılığına səbəb olub. Lakin üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarından sonra müsabiqə şərtlərini ödəyərək qabiliyyət imtahanlarına buraxılanların sayı xeyli azalıb, dördüncü istiqamət və əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanlardan sonra da bu rəqəm bir qədər azalacaq. Odur ki, ötən ilki təcrübəni nəzərə alan və abituriyentlərin sərbəst seçiminə imkan yaradan TQDK bildirir ki, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur.
Sonra sədr üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarının ilkin nəticələrini təqdim edib, ötən illə müqayisədə nəticələri yaxşılaşmış rayonlar xüsusi qeyd olunub. Təhsil nazirinin müavini C.Bayramov öz növbəsində qeyd edib ki, nazirliyin həyata keçirdiyi layihə çərçivəsində nəticələri zəif olan bir neçə rayonda xüsusi tədbirlər görülüb, şagirdlər əlavə məşğələlərə cəlb olunublar. İclas iştirakçıları belə qənaətə gəliblər ki, yalnız səylər birləşdirildikdə müsbət nəticələr əldə etmək mümkündür. Belə ki, bir tərəfdən TQDK tərəfindən buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə və V qrup üzrə ali məktəblərə qəbul olmaq imkanının yaradılması, digər tərəfdən Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərin sayəsində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşması müşahidə olunur.

Bununla yanaşı, sədr buraxılış imtahanlarında imtahan protokollarına əsasən yazma-oxuma bacarığı olmayan şagirdlər haqqında məlumatı da təqdim edərək göstərib ki, bütün aidiyyəti qurumlar əlindən gələni etməlidirlər ki, müstəqil Azərbaycanda hazırkı dövrdə belə hallara rast gəlinməsin. Təəssüf ki, bu hallar barədə 2012-ci ilədək heç vaxt məsələ qaldırılmayıb, onlar ilk dəfə TQDK tərəfindən buraxılış imtahanları keçirilməyə başladıqda üzə çıxıb.
C.Bayramov qeyd edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda savadlılıq 99.8% təşkil edir, yəni əhalinin 0,2%-i savadsızdır. Bu, dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qlobal yanaşmada belə şagirdlərin mövcudluğu o qədər də böyük problem deyil. Bununla yanaşı, nazirlik müvafiq təhsil şöbələrinə gələcəkdə belə hallara rast gəlinməməsi məqsədilə həmin şagirdlərlə xüsusi məşğul olmağı tapşırıb.
Müzakirə olunan hər bir məsələyə dair müzakirələr aparılıb, iclas iştirakçılarının fikir və təklifləri dinlənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam